Gürcüstan Müsəlmanları İdarəsi üçün Tbilisidə qərargah tikiləcək

image

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin qərarı ilə Tbilisidə ölkənin müsəlman icması üçün torpaq sahəsi ayrılıb.

Soydas.az "Report"un yerli bürosuna istinadən xəbər verir ki, o, bu barədə müsəlman icmasının şərəfinə təşkil olunan iftar məclisində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, həmin sahədə Gürcüstan Müsəlmanları İdarəsi üçün mərkəzi ofis inşa olunacaq.

Baş nazir indiyədək ümumilikdə 200-ə yaxın məscidin müsəlman icmasına təhvil verildiyini, yaxın vaxtlarda daha 28 məscidin təhvil verilməsinin nəzərdə tutulduğunu qeyd edib.

Www.soydasaz.kepenekci.net

Paylaş:

Xəbər lenti