Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına maneə olan səbəblər

image

Polad Mehdi: “XX əsrin əvvəlindən etibarən mövcud olan bütün xəritələr müzakirə predmeti olmalıdır”

Bu gün Almaniyanın Münhen şəhərində Kansler Olaf Şoltsun təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.

Azərbaycanla Ermənistan arasında münaqişə bitsədə, regionda dayanıqlı sülhün əldə edilməsi üçün danışıqların davam etdirilməsi mühümdür. Hazırda Qafqaz üçün prioritet məsələ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh gündəminin inkişaf etdirilməsindən ibarətdir. Bəs bununla bağlı sülh müqaviləsinin bağlanmasına maneə olan hansı hallar mövcuddur?

Soydas.az-ın sualını cavablandıran Arbitrum Vəkil Bürosunun rəhbəri Polad Mehdi bildirib ki, bunun üçün ilk növbədə Ermənistan Azərbaycana qarşı ərazi iddialarından imtina edərək özünün qanunvericilik sistemində dəyişikliklər etməlidir: “ Bilirsiniz ki, 01 dekabr 1989-cu il tarixində Ermənistan SSR Ali Soveti tərəfindən “Ermənistan SSR-in və Dağlıq Qarabağın birləşməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərarın əsasında 23 avqust 1990-cı il tarixində “Ermənistanın Müstəqillik Bəyannaməsi” qəbul edilmişdir. Müstəqillik Bəyannaməsində “Ermənistan SSR-nin və Dağlıq Qarabağın birləşdirilməsi” haqqında qərara əsaslanaraq müstəqil Ermənistan Respublikasının yaradılması məqsədini elan edilmişdir. Ermənistan Ali Soveti tərəfindən qəbul edilmiş 1992-ci il tarixli qərara əsasən Ermənistan dövləti Qarabağın Azərbaycanın tərkibində olmasını tanıyan heç bir daxili və beynəlxalq sənədə imza ata bilməz. Müstəqillik Bəyannaməsinin əsasında qəbul edilmiş 12 noyabr 2005-ci il tarixli Ermənistan Respublikasının Konstitusiyanın Preambulasında qeyd olunur ki, “Ermənistanın Müstəqillik Bəyannaməsində təsbit olunmuş milli məqsədlərini əsas götürərək Ermənistan Respublikasının Konstitusiyası qəbul edilir”.

Polad Mehdi bildirib ki, sülh müqaviləsinə mane olan digər bir səbəb isə Ermənistan bağlanacaq sülh müqaviləsində 1970-1975-ci illər xəritələrini əsas götürmək istəyindən imtina etməlidir: “Nəyə görə məhz 1970-1975-ci illər xəritələrində israr edilir?  Bu məsələdə siyasi və hüquqi əsaslar baxımından Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dövrü və ya bölgədə sovetləşmənin başladığı dövr istinad nöqtəsi kimi götürülməlidir. Sırf xəritələr baxımından isə ya XX əsrin əvvəlindən etibarən mövcud olan bütün xəritələr müzakirə predmeti olmalıdır və yaxud da bütövlükdə heç bir xəritə əsasında iş qurmamalıdır”.

 

Www.soydasaz.kepenekci.net

Paylaş:

Xəbər lenti