Haaqada Beynəlxalq Ədalət Məhkəməsi önündə aksiya keçirilib
Haaqada Beynəlxalq Ədalət Məhkəməsi önündə aksiya keçirilib
Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkının təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar “Den Haag” Mərkəzi Stansiyası önündən Haaqada yerləşən Beynəlxalq Ədalət məhkəməsi önünədək yürüş keçirilib.
Soydas.az xəbər verir ki, Azərbaycan və türk bayraqlarının dalğalandığı yürüşün sonunda Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edilib, Məhkəmə binası qarşısında yerdə şamlarla “Justice for Khojaly” yazılıb, eyni zamanda “Justice for Khojaly” şüarının yazıldığı poster açılıb.
Bununla yürüş iştirakçıları bir gecədə 613 azərbaycanlının, o cümlədən uşaq, qadın və qocaların qətlə yetirildiyi Xocalı soyqırımını törədənlərin hələ də beynəlxalq hüquq müstəvisində layiq olduqları cəzanı almamasına diqqət çəkib.
Qeyd edək ki, “Xocalıya Ədalət” təbliğat və təşviqat kampaniyası çərçivəsində diaspor təşkilatları və xaricdə fəaliyyət göstərən Azərbaycan evləri tərəfindən Xocalı həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq, erməni işğalçılarının mənfur əməllərini beynəlxalq müstəvidə tanıtmaq məqsədilə müxtəlif səpkili tədbirlər həyata keçirilir.
Www.soydasaz.kepenekci.net