Gürcüstanda ölüm nisbəti artıb, doğum azalıb 

image

2021-2022-2023-cü illərdə Gürcüstanda əhalinin sayı azalıb, buna səbəb ölüm nisbətinin artması, doğum səviyyəsinin isə azalmasıdır.

Bu barədə Demoqraf üzrə ekspert Merab Xmaladze açıqlama verib. O bildirib ki, bölgələrə görə qismən artım yalnız Acarıstan, Tbilisi və Kartli bölgələrində qeydə alınıb.

2021-2022-2023-cü illərdə ən çox artım isə Gürcüstanın etnik azərbaycanlı vətəndaşları arasında qeydə alınıb. Əhalinin azalmasına baxmayaraq, demoqraf son illərdə müşahidə olunan bəzi müsbət tendensiyaları da qeyd edib. Bu, ilk növbədə, körpələrin və 1 yaşadək uşaqların ölüm səviyyəsinin azalması və orta ömür müddətinin artmasıdır.

Ekspert qeyd edib ki, doğum nisbətinin artması üçün ailələri təşviq etmək və müxtəlif sosial layihələr həyata keçirmək lazımdır, əks halda Gürcüstan əhalisinin sayı tədricən azalacaq. /24News.ge/

Www.soydasaz.kepenekci.net

Paylaş:

Xəbər lenti