Milli QHT Forumunun yeni rəhbəri seçilib

image

Mayın 14-də Azərbaycan Milli QHT Forumunun X qurultayı keçirilib. 

Qurultayda Forumun Nizamnaməsinə dəyişikliklər edilib, 5 nəfərdən ibarət İdarə Heyəti formalaşıb və səlahiyyət İdarə Heyətinin sədrinə verilib.

İdarə Heyətinin sədri postuna “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin rəhbəri Ramil İskəndərli seçilib. O,  peşəkar hüquqşünasdır və , ABŞ-ın, Britaniyanın, Almaniyanın nüfuzlu universitetlərində hüquq üzrə müxtəlif proqramları bitirib.

İdarə Heyətinin digər üzvləri də peşəkar QHT təmsilçilərindən formalaşıb:

Pərvanə Vəliyeva – “Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru,

Azər Allahverənov - “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri,

Xatirə Vəliyeva - “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri,

Zaur İbrahimli - “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədridir.

 

Www.soydasaz.kepenekci.net

Paylaş:

Xəbər lenti