Haaqa məhkəməsi İlhan Aşkınla bağlı qərarını iki həftədən sonra açıqlayacaq
Haaqa məhkəməsi İlhan Aşkınla bağlı qərarını iki həftədən sonra açıqlayacaq
Xəbər verdiyimiz kimi, bu gün Niderlandda fəaliyyət göstərən Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin sədri İlhan Aşkının Haaqa şəhər Ağır Cəza Məhkəməsində növbəti məhkəməsi keçirilib.
İlhan Aşkın bu gün keçirilən məhkəmə ilə bağlı Soydas.az-a bildirib ki, vəkilimlə birlikdə bu gün mənə qarşı Ermənistan səfirliyi və diasporası tərəfində olunan ittihamlara əsaslı faktlarla cavab verdik. “Məhkəmənin nə qərar verdiyini yalnız iki həftədən sonra biləcəyik. Bu günkü müdafiəmiz hesab edirəm ki, çox pozitiv oldu və biz haqlı olduğumuzu sübut etməyə çalışdıq. Umid edirəm ki, məhkəmə ədalətli mövqe sərgiləyəcək, nə qədər ermənilərin təzyiqləri davam etsə belə”.
İlhan Aşkın bu gün məhkəmədə onun Azərbaycan səfirlik nümayəndələrin və diaspor üzvləri tərəfindən dəstəklərini hiss etmədiyini də təəssüflə bildirib:
“Mənə qarşı erməni diasporunun aqressiyasının səbəbi 2011-ci ildə onların Haaqa şəhərində qondarma “erməni soyqırımı”na abidə qoymaq istəklərini imza toplamaqla qarşısını almışam. Bunun əvəzində isə 2014-cü ildə Haqqa şəhərində Xocalı soyqırımına abidənin qoyulmasına nail olmağımdır. Ona görə də bu günkü məhkəmə sadəcə bu günün deyil, 10 il ərzində ermənilər tərəfindən davam edən kin və nifrətin nəticəsidir”.
Bir daha xatırladaq ki, İlhan Aşkın ötən il Niderlandda Lahey məhkəməsinin qərarı ilə 1000 avro məbləğində cərimə olunub, üstəlik iki aylıq həbs cəzasına məhkum edilmişdi. Bu qərar verilərkən İlhan Aşkın Niderlandda olmayıb və qərar ermənilərin təsiri altında tez-tələsik verilib. İlhan Aşkın bu qərardan apelyasiya şikayəti vermişdi.
Www.soydasaz.kepenekci.net