Şair Salam Sarvanın üçüncü əməliyyatı 12 saat çəkib
Şair Salam Sarvanın üçüncü əməliyyatı 12 saat çəkib
Dünən şair Salam Sarvan saat 13:00-da əməliyyata alınıb. Əməliyyat gecə saat 01:00-da başa çatıb.
Qeyd edək ki, Salam Sarvanın qara ciyərində şiş aşkarlanmışdı. Əvvəlcə həkimlər belə hesab edirdi ki, əməliyyat risklidir və kimya-terapiya müalicəsinin daha məqsədəuyğun olduğunu bildirmişdi. Ancaq son aparat müayinələrdən sonra onun yenidən əməliyyat şansı olduğuna qərar verilib.
Şair hazırda reanimasiyadadır. Həkimlər əməliyyatın uğurlu keçdiyini bildirib.
Buna qədər Salam Sarvan daha iki əməliyyat keçirib. /Qaynarinfo/
Www.soydasaz.kepenekci.net