Hərbi Hava Qüvvələrin general-mayor Namiq İslamzadəyə həvalə edilib
Hərbi Hava Qüvvələrin general-mayor Namiq İslamzadəyə həvalə edilib
Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı vəzifəsi Vətən Müharibəsi Qəhrəmanı general-mayor Namiq İslamzadəyə həvalə olunub. O, bu təyinatadək HHQ komandanın müavini olub.
Azərbaycan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) sabiq komandanı general-leytenant Ramiz Tahirov bir neçə gün əvvəl hərbi xidmətdə olmağın son yaş həddi nəzərə alınmaqla ehtiyata buraxılıb.
Xatırladaq ki, Namiq İslamzadə Prezident İlham Əliyevin 2020-ci il dekabrın 9-da imzaladığı Sərəncamla "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb.
Www.soydasaz.kepenekci.net