Ankarada Türkiyə və Özbəkistan liderlərinin danışıqları olacaq

image

Bu gün Ankarada Türkiyə və Özbəkistanın dövlət başçıları Rəcəb Tayyib Ərdoğan və Şavkat Mirziyoyev arasında danışıqlar olacaq.

 Özbəkistan lideri dünən axşam saatlarında Türkiyə paytaxtına səfərə gəlib.

İki ölkənin liderləri təkbətək formatda danışıqlar aparacaq, bundan sonra Türkiyə-Özbəkistan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının üçüncü iclası keçiriləcək. Dövlət başçılarının iştirakı ilə imzalanmaq üçün bir sıra hökumətlərarası sənədlər hazırlanıb.

Əvvəlki görüşlərdə tərəflər ikitərəfli ticarət dövriyyəsinin həcmini artırmağa və bu rəqəmi ildə 3 milyard dollardan 5 milyard dollara çatdırmağa hazır olduqlarını bəyan etmişdilər.

2023-cü ilin sonuna olan məlumatlara görə, Türkiyə Özbəkistanın dördüncü ən böyük ticarət tərəfdaşı olub. /AZƏRTAC/

Www.soydasaz.kepenekci.net

Paylaş:

Xəbər lenti