Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədova hökm oxunub

image

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən bu günkü iclasında ona hökm elan olunub.

Sabiq icra başçısı 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bundan başqa, məhkəmənin hökmü ilə sabiq icra başçısına aid olan iki əmlak üzərindən də həbs götürülüb.

Prokuror Alimpaşa Məmmədovun 13 il azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, Alimpaşa Məmmədov 2021-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub.

Sabiq icra başçısına qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub. Cinayət işi ilə bağlı sabiq icra başçısının 10 milyonluq əmlakı üzərinə həbs qoyulub.

Www.soydasaz.kepenekci.net

Paylaş:

Xəbər lenti