Ərsin Tatar sabah Azərbaycana gəlir

image

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ərsin Tatar iyulun 4-ü Bakıya səfər edəcək.

Bu barədə ŞKTC-nin Azərbaycandakı nümayəndəliyi məlumat yayıb.

İyulun 5-6-da Şuşada Türk Dövlətləri Təşkilatının liderlərinin iştirakı ilə qeyri-rəsmi sammit keçiriləcək. Sammitdə Ərsin Tatar da iştirak edəcək.

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təşkil olunacaq sammitdə Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın dövlət başçıları iştirak edəcəklər. Tədbirdə müşahidəçi ölkələrin liderlərinin və TDT-nin Baş katibinin də iştirakı gözlənilir.

Www.soydasaz.kepenekci.net

Paylaş:

Xəbər lenti