Janar Tulindinova: Azərbaycan Qazaxıstanın mühüm tərəfdaşıdır

image

Azərbaycan Qazaxıstan üçün mühüm tərəfdaş və qardaş türkdilli dövlətdir.

Soydas.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında politoloq, Qazaxıstan Respublikası Prezidentinin İşlər İdarəsi yanında Parlamentarizm İnstitutunun təminat üzrə icraçı direktoru Janar Tulindinova deyib. O əlavə edib: “Biz də Azərbaycanla birlikdə Türk Dövlətləri Təşkilatının (TDT) üzvüyük. Ölkələrimiz arasında sıx əməkdaşlıq qurulub”.

Ekspert Qazaxıstan Prezidentinin 2024-cü ilin yazında Azərbaycana səfərini xatırladıb. O, bu səfər zamanı bir sıra simvolik jestlərin edildiyini, o cümlədən Füzulidə Qazaxıstan tərəfindən tikilmiş Kurmanqazı Uşaq Yaradıcılıq Mərkəzinin açılışının olduğunu diqqətə çatdırıb.

Politoloqun sözlərinə görə, Qazaxıstan iqtisadi-ticari əlaqələrin gücləndirilməsində, nəqliyyat və logistika potensialının inkişafında maraqlıdır. “Bu, qabaqcıl layihə olan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə bağlıdır”, -deyə o bildirib.

Tulindinova qeyd edib ki, Qazaxıstanın sədrliyi dövründə şərq-qərb və şimal-cənub istiqamətlərində iri strateji limanlar və logistik mərkəzlərdən ibarət tərəfdaşlıq şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış etdiyi üçün Azərbaycanın Astanada “ŞƏT Plyus” formatında iştirakı mühüm əhəmiyyət kəsb edir. “Azərbaycan bu marşrutların kəsişməsində yerləşir”, -deyə politoloq vurğulayıb.

O əlavə edib ki, Qazaxıstan Almatı şəhərini Azərbaycan ilə Ermənistan arasında danışıqlar yeri kimi təklif edib. Politoloq, həmçinin ölkəsinin Zəngəzur dəhlizinin açılmasında və bu logistika sahəsinin aktivləşdirilməsində maraqlı olduğunu bildirib.

Www.soydasaz.kepenekci.net

Paylaş:

Xəbər lenti