Gürcüstanda əhali son 30 ildə 1,3 milyon nəfər azalıb

image

Son məlumatlara görə, Gürcüstanda 3,7 milyon insan yaşayır.

Soydas.az regionpress-ə istinadən xəbər verir ki, Gürcüstan əhalisinin ən çox yaşadığı bölgə  Tbilisi şəhəridir və paytaxtda əhalinin 34%-i məskunlaşıb. Ən azı yerləşim isə Raça-Leçxum və Kvemo Svanetidə bölgəsidir ki, burada əhalinin yalnız 0,7%-i yaşayır.

Bundan əlavə, qeyd etmək lazımdır ki, Gürcüstanda sakinlərin sayı 2001-ci ildə 4 milyondan çox, 1994-cü ildə isə 5 milyona qədər olub:

Tbilisi – 1,258 milyon nəfər (34%)

İmereti – 442,3 min nəfər (12%)

Kvemo Kartli – 436 min nəfər (11,7%)

Acarıstan – 363,2 min nəfər (10%)

Kaxeti – 299,9 min nəfər (8%)

Sameqrelo-Zemo Svaneti – 287,8 min nəfər (7,7%)

Şida Kartli – 244,1 min nəfər (7%)

Samtsxe-Cavaxeti – 142,1 min nəfər (4%)

Quriya – 101,9 min nəfər (3%)

Mtsxeta-Mtianeti – 92,6 min nəfər (2,6%)

Raça-Leçxumi və Kvemo Svaneti – 26,2 min nəfər (0,7%)

Www.soydasaz.kepenekci.net

Paylaş:

Xəbər lenti