Tbilisidə Məhtimqulunun 300 illik yubileyinə həsr olunmuş sərgi açılıb 

image

Gürcüstanın paytaxtı Tbilisi şəhərində Türkmənistanın Gürcüstandakı səfirliyinin və M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşkilatçılığilə Türk dünyasının böyük fikir adamı, şair Məhtimqulunun anadan olmasının 300 illiyi münasibətilə rəsm sərgisi açılıb.

Türkmən rəssamlarının əsərlərindən ibarət “Məhtimqulu Fəraqi; Gürcüstandan baxış” adlı sərgidə çıxış edən Türkmənistan səfiri Dövlətmırat Seyitmammedov Məhtimqulunun türkmən ədəbiyyatındakı yerindən danışıb. Səfir qeyd edib ki, bu cür tədbirlərin keçirilməsi Məhtimqulu yaradıcılığının öyrəniməsində xüsusi rol oynayacaq.

D.Seyitmammedov Məhtimqulunun şeirlərinin gürcü dilinə tərcümə edilib, nəşr olunacağını da bildirib. 

Tədbirdə Azərbaycan Gürcüstandakı səfiri Faiq Quliyev, Qazaxıstanın Gürcüstandakı səfiri  Мәlik Mırzalin, Türkiyə səfirliyinin nümayəndəsi də iştirak edib.

 Məhtimqulu, eləcə də türkmən mədəniyyətini əks etdirən və 40 əsərin təqdim olunduğu sərgə avqustun 2-dək davam edəcək.

Www.soydasaz.kepenekci.net

Paylaş:

Xəbər lenti