Gürcüstanın Baş naziri Ermənistanı müharibədən sonra fürsətləri dəyərləndirməyə çağırıb
Gürcüstanın Baş naziri Ermənistanı müharibədən sonra fürsətləri dəyərləndirməyə çağırıb
“Qarabağ müharibəsi region üçün çətin çağırış idi. İnanıram ki, bu çağırış yeni fürsətlərə çevriləcək”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili erməni həmkarı Nikol Paşinyanla keçirdiyi brifinqdə deyib.
O bildirib ki, bu fürsətlər Ermənistana və onun xalqına firavanlıq gətirə bilər.
Baş nazir vurğulayıb ki, Ermənistanın siyasi-iqtisadi stabilliyi regionun stabilliyi ilə əlaqəlidir.
“Xatırlatmaq istərdim ki, son 30 il ərzində regionda bir çox münaqişələr baş verib. Bizim ortaq baxışımız və səylərimiz regionu sülh, əmin-amanlıq və fürsətlər regionuna çevirməkdir. Bu, bizim ortaq baxışımız olmalıdır və bu istiqamətdə işləməyə davam etməliyik”, - deyə İ. Qaribaşvili vurğulayıb.
Baş nazir onu da qeyd edib ki, N. Paşinyanla görüş zamanı tərəflər iqtisadi, ticari, nəqliyyat, kommunikasiya əlaqələri ilə bağlı məsələləri müzakirə ediblər.
Www.soydasaz.kepenekci.net