Tənzilə Rüstəmxanlının seçicilərlə görüşündə izdiham yaşandı

image

Milli Məclisə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərin təşviqat kampaniyası çərçivəsində avqustun 24-də 70 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədrinin müşaviri, Azərbaycan-Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının seçicilərlə görüşləri davam edir.

Bu gün Neftçala Olimpiya İdman Kompleksində Tənzilə Rüstəmxanlının təşviqat kampaniyası dövründə ən böyüyk görüş keçirilib.

Görüş Azərbaycanın dövlət himninin oxunması və Vətənin bütövlüyü uğrunda canından keçən şəhidlərin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

Görüşdə millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı, Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Camal İsmayılovun anası Filarə İsmayılova, xeyriyyəçi iş adamı Akif Kərimov, Azərbaycan Mətbuat Şurası İdarə Heyətininin üzvü, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər və namizədin vəkili Hüseyn Qurbanov çıxış edib.

Çıxışçılar Milli Məclisə keçirilən seçkilərin önəmindən bəhs edib, seçkilərin ilk dəfə ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanda keçirildiyini vurğulayıblar. T.Rüstəmxanlının ictimai və siyasi fəaliyyəti haqqında danışan çıxışçılar onun əzmindən söz açıb, Neftçala üçün nələr edə biləcəyindən bəhs ediblər. Təbliğat kampaniyası prosesində Neftçaladan namizədliyi qeydə alınmış digər şəxslərə qarşı Tənzilə Rüstəmxanlı və komandası tərəfindən heç bir qarşı kampaniyanın yürüdülmədiyi bildirilərək onun seçki mədəniyyətinin formalaşmasına verdiyi töhfə də xüsusilə qeyd edilib.

Tədbirin sonunda Tənzilə Rüstəmxanlı öz platforması haqqında seçicilərinə məlumat verib. O bildirib ki, seçiləcəyi təqdirdə, həmişə olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə görülən işlərin uğurla davam etdirilməsində, milli-mənəvi dəyərlərimizin qorunması, cəmiyyətin mənəvi kamilləşməsi, zərərli ideoloji təsirlərin qarşısının alınması işində var qüvvəsi ilə çalışacaq.

Tənzilə Rüstəmxanı seçicilərinə təşəkkür edib, onları seçkidə aktiv iştirak etməyə çağırıb.

Www.soydasaz.kepenekci.net

Paylaş:

Xəbər lenti