Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına yeni sədr seçilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına yeni sədr seçilib
Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının növbədənkənar VII qurultayı keçirilib. Qurultayda AHİK-nın sədri Səttar Möhbalıyevin sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirakı ilə bağlı AHİK-in sədri vəzifəsindən istefası məsələsi qəbul edilib.
Qurultay iştirakçıları bu vəzifəyə Sahib Əli oğlu Məmmədovun namizədliyinə yekdilliklə səs veriblər.
Qeyd edək ki, Sahib Əli oğlu Məmmədov 1978-ci ildə anadan olub və Kiyev Milli Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib. 2014-cü ildən İqtisadiyyat Nazirliyində çalışan Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli Sərəncamı ilə iqtisadiyyat nazirinin müavini təyin edilib. "Dövlət qulluğunda fərqlənməyə görə" və "Tərəqqi" medalları ilə təltif olunub.
Www.soydasaz.kepenekci.net