Prezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib
Prezident İlham Əliyev Bilal Ərdoğanı qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğanı qəbul edib.
Görüşdə Dünya Etnoidman Konfederasiyasının fəaliyyətini yüksək qiymətləndirən İlham Əliyev əldə olunmuş uğurlara görə öz təbriklərini çatdırıb. Dövlət başçısı ölkəmizin Konfederasiyada fəal təmsil olunduğunu bildirərək, Azərbaycan idmançılarının bu qurumun yarışlarında uğurla iştirak etdiklərini qeyd edib.
Görüşdə ölkələrimiz arasında qardaşlıq, dostluq və strateji müttəfiqlik münasibətlərinin olduğu bir daha qeyd edilib, Azərbaycanın və Türkiyənin həmişə bir-birinin yanında olduqları xüsusi vurğulanıb.
Www.soydasaz.kepenekci.net