Kobaxidze Ermənistan müdafiə naziri ilə görüşüb
Kobaxidze Ermənistan müdafiə naziri ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ermənistanın müdafiə naziri Suren Papikyanı qəbul edib.
Bu barədə Hökumət administrasiyası məlumat yayıb.
Məlumata əsasən, görüşdə iki ölkə arasında mövcud dostluq əlaqələri və müdafiə sahəsində əməkdaşlığa diqqət yetirilib. Bildirilib ki, iki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq bəyannaməsi Gürcüstan və Ermənistan arasında tərəfdaşlığın müxtəlif istiqamətlərdə dərinləşməsi üçün yaxşı zəmin yaradır.
Daha sonra isə Gürcüstan və Ermənistanın müdafiə qurumları arasında geniş tərkibdə görüş keçirilib. Görüşdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.
Www.soydasaz.kepenekci.net