AŞPA-nın nümayəndə heyəti bu gün Gürcüstana gəlib

image

Sentyabrın 23-24-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyəti seçkiqabağı vəziyyəti qiymətləndirmək üçün Gürcüstana gəlib.

Soydas.az xəbər verir ki, Avropa Şurası Parlament Assambleyasının yaydığı məlumat görə, 6 nəfərlik nümayəndə heyətinə Rumıniyalı deputat Julian Bulain başçılıq edəcək.

Səfər çərçivəsində nümayəndə heyəti Gürcüstanda parlament seçkiləri öncəsi siyasi ab-havanı dəyərləndirəcəklər. Səfərin yekunu olaraq, nümayəndə heyətinin AŞPA adından bəyanatı da dərc ediləcək.

Eyni zamanda nümayəndə heyəti Gürcüstan prezidenti Salome Zurabişvili, parlamentin sədri Şalva Papuaşvili, daxili işlər nazirinin müavini, MSK sədri və üzvləri, Rabitə Komissiyası və Korrupsiyaya Qarşı Mübarizə Bürosu, parlament çoxluğu, həmçinin müxalifət üzvləri, vətəndaş cəmiyyəti və media nümayəndələri ilə də görüşəcək.

 

 

Www.soydasaz.kepenekci.net

Paylaş:

Xəbər lenti