Natiq Cəfərli REAL Partiyasının yeni sədri seçilib

image

Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin 21 sentyabr 2024-cü il tarixli yekdil qərarı ilə Natiq Cəfərli partiyanın yeni sədri seçilib.

Partiyadan APA-ya verilən xəbərə görə, qərara əsasən, o, partiya lideri olaraq fəaliyyətinə 1 oktyabr 2024-cü il tarixindən başlayacaq.

Həmin vaxta qədər işləri əvvəlki sədrdən qəbul edəcək və Siyasi Komitəyə ilkin olaraq təqdim etdiyi yeni strategiyanı tamamlayacaq.

Xatırladaq ki, İlqar Məmmədov sentyabrın 11-də partiyanın sədri postundan istefa verib.

Www.soydasaz.kepenekci.net

Paylaş:

Xəbər lenti