Kaxa Kaladze: "Viza rejiminin ləğvinə dair bəyanatlar Gürcüstana qarşı şantajdır"

image

Ölkəmizdə seçkilər yaxınlaşdıqca Avtopa İttifaqının Gürcüstana təzyiqləri artır. Bunlardan biri də Gürcüstan vətəndaşlarının Avropa ölkələrinə vizasız gediş-gəlişi ləğvi məsələsidir. Düşünürəm ki, bu sadəcə olaraq Aİ tərəfindən Gürcüstana qarşı adi bir şantajdır.

Soydas.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Tbilisi şəhərinin meri, hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" Partiyasının baş katibi Kaxa Kaladze söyləyib.

Onun sözlərinə görə, seçkilər yaxınlaşdıqca, Qərbin “biz vizanın liberallaşdırılmasını ləğv edirik, filan prosesə başlayırıq, konkret addımlar atacağıq” kimi bəyanatları daha da aktivləşəcək.

"Viza rejiminin liberallaşdırılmasını dayandırmaq bürokratik baxımdan çox çətindir”, - deyə Kaxa Kaladze vurğulayıb.

Www.soydasaz.kepenekci.net

Paylaş:

Xəbər lenti