Azərbaycanda Gürcüstan parlament seçkiləri üçün seçki məntəqələri yaradılır

image

Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 26-da keçiriləcək parlament seçkiləri ilə əlaqədar Azərbaycanda üç seçki məntəqəsi yaradacaq.

Gürcüstan MSK-dan bildirilib ki, məntəqələrin üçü də Bakının Nərimanov rayonu ərazisində (Yaşar Hüseynov küçəsi 13/15) olacaq.

Gürcüstanda parlament seçkiləri üçün ən çox seçki məntəqəsi Yunanıstan, ABŞ, Türkiyə, Almaniya, Azərbaycan və İtaliyada açılacaq. Ümumilikdə isə ölkə xaricindəki gürcüstanlıların səsvermədə iştirakı üçün 42 ölkədə 60 məntəqə yaradılacaq.

 

Www.soydasaz.kepenekci.net

Paylaş:

Xəbər lenti