Bakıda Türk Dövlətləri 1-ci Kardioonkoloji Konqresi keçirilir
Bakıda Türk Dövlətləri 1-ci Kardioonkoloji Konqresi keçirilir
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) təşkilatçılığı ilə Bakıda oktyabrın 4-dən 7-dək davam edən Türk Dövlətləri Birinci Kardioonkoloji Konqresinin rəsmi açılış mərasimi keçirilir.
Tədbirdə dövlət qurumlarının rəhbər şəxsləri, Milli Məclisin deputatları, tanınmış elm xadimləri, Azərbaycan Tibb Universitetinin tələbələri və ETKİ-nin könüllüləri iştirak edirlər.
Türk Dövlətləri Birinci Kardioonkoloji Konqresinə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Şimali Kipr Türk Respublikasından elmi və tibb müəssisələrinin, eləcə də peşəkar cəmiyyətlərin rəhbərləri və nümayəndələri qoşulublar.
Qeyd edək ki, üç gün davam edən konqresə 1000-dən artıq yerli və xarici mütəxəssis qatılıb.
Www.soydasaz.kepenekci.net