Gürcüstanda fəaliyyət göstərən “Maarif” qəzetinin ofisində partlayış olub
Gürcüstanda fəaliyyət göstərən “Maarif” qəzetinin ofisində partlayış olub
Gürcüstanda fəaliyyət göstərən “Maarif” qəzeti və “Maarif” jurnalının ofisində partlayış baş verib.
Soydas.az xəbər verir ki, bu gün günorta qaz sızması nəticəsində baş verən güclü partlayışda jurnalın təsisçisi və baş redaktoru Ələddin Qarabağılı ağır yanıq xəsarətləri alıb.
Baş redaktor günorta saatlarında ofisə gələrkən işığı yandıran zaman partlayış baş verib. Qaz sızmasının nə səbəbdən baş verdiyi və digər versiyalar da araşdırılır.
Www.soydasaz.kepenekci.net