Gürcüstanda MSK etnik azlıqların dillərində marifləndirici ciddi işlər aparmır

image

Gürcüstanın yerli Azərbaycan dilli mediaları 24News.ge, Aktual.ge və InterPress.ge Mərkəzi Seçki Komissiyasını seçki təbliğat-təşviqat kampaniyasını etnik azərbaycanlıların öz dillərində geniş şəkildə yayımlamağa çağırır.

Soydas.az 24News.ge-yə istinadla xəbər verir ki, media qurumlar seçkilərə az bir vaxtın qaldığı halda, MSK tərəfindən hələ də bölkədə məlumatlandırıcı işlərin aparılmadığı qeyd olunur.

Hər üç media qurumunun bəyanatını olduğu kimi təqdim edirik:

"Seçkilərə təxminən 10 gün qalsa da, lakin Mərkəzi Seçki Komissiyası (MSK) etnik azlıqların dillərində marifləndirici ciddi işlər aparmır. Bu il seçkilərin 90%-nin elektron üsulla keçiriləcəyini nəzərə alsaq, regionda etnik azərbaycanlılara öz dillərində hələ də məlumatlandırıcı materiallar geniş təbliğ olunmur, həmçinin bu istiqamətdə fəaliyyət göstərən yerli media qurumları ilə də əməkdaşlıq edilmir.

Son illərdə Kvemo Kartlidə etnik azərbaycanlıların məlumatlandırlması yönündə fəaliyyət göstərən media qurumları böyük işlər görür. Bu media qurumları Gürcüstan azərbaycanlılarına gündəlik məlumat verir və onların gürcü cəmiyyətinə inteqrasiyasında mühüm rol oynayır. Bir sıra nüfuzlu təşkilatlar və siyasi partiyalar da məhz bu medialarla əməkdaşlıq edir, kampaniyalarını Gürcüstanın azərbaycandilli əhalisinə çatdırır.

Seçkilərin təbliğat-təşviqat kampaniyası, o cümlədən elektron səsvermə barədə məlumatları yaymaq MSK-nın vəzifəsidir. Lakin MSK bu sahədə fəaliyyət göstərən media qurumları ilə əməkdaşlıq etmir. Müşahidələrimizə əsasən, MSK yalnız mərkəzi medialar ilə əməkdaşlıq edir. Bu vəziyyəti isə diskriminasiya olaraq qiymətləndiririk və MSK-nı etnik azlıqların öz dillərində fəaliyyət göstərən media qurumları ilə əməkdaşlıq etməyə çağırırıq".

Bəyanatı aşağıdaki üç media qurumu imzalayıb:

"Lider Media - 24News.ge"

"Aktual Media - Aktual.ge"

"Təmiz Xəbər Agentliyi - InterPress.ge".

Www.soydasaz.kepenekci.net

Paylaş:

Xəbər lenti