Azərbaycandan Gürcüstana köçürülən pulların məbləği açıqlanıb

image

2024-cü ilin ilk yarısının yekunlarına görə, Azərbaycandan Gürcüstana fiziki şəxslərin pul köçürmələrinin həcmi 25,13 milyon ABŞ dolları təşkil edib.

Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında aparılan hesablamalara görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz və ya 777 min dollar azalıb.

Gürcüstana edilən köçürmələrin ümumi köçürmələrdəki payı 9,7 faizdir.

Qeyd edək ki, 2023-cü ilin yekunlarına görə, Azərbaycandan Gürcüstana fiziki şəxslərin pul köçürmələrinin həcmi 58,849 milyon ABŞ dolları təşkil edib.

Xatırladaq ki, 2023-cü ilin yekunlarına əsasən, Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin pul köçürmələrinin həcmi 550,126 milyon ABŞ dolları olub.

Www.soydasaz.kepenekci.net

Paylaş:

Xəbər lenti