İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb
İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb.
Prezident İlham Əliyev Gürcüstanda keçirilmiş parlament seçkilərində “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının qələbəsi münasibətilə İrakli Kobaxidzeni təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Bu seçkilərin nəticələrinin gürcü xalqının iradəsini əks etdirdiyini vurğulayıb.
İrakli Kobaxidze təbriklərə görə təşəkkürünü bildirib.
Görüşdə iki ölkə arasında ikitərəfli dostluq və qardaşlıq əlaqələrinin olduğu vurğulanıb, siyasi, iqtisadi, nəqliyyat sahələrində əməkdaşlığımızın müsbət nəticələri qeyd edilib.
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirini ölkəmizə rəsmi səfərə dəvət edib.
İrakli Kobaxidze də öz növbəsində Azərbaycanın dövləti başçısını Gürcüstana səfərə dəvət edib.
Həm Azərbaycan Prezidenti, həm də Gürcüstanın Baş naziri qarşılıqlı minnətdarlıqlarını bildirərək, dəvətləri məmnunluqla qəbul ediblər.
Www.soydasaz.kepenekci.net