Türk dövlətlərinin ortaq himni hazırlanacaq
Türk dövlətlərinin ortaq himni hazırlanacaq
Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin ortaq himni hazırlanacaq.
Layihəyə rəhbərlik edənlərdən biri professor Erhan Özden mətbuata bildirib ki, marş artıq yaxın gələcəkdə hazırlana bilər:
“Bəstəkar üzv dövlətlərin ümumi rəyi ilə seçiləcək. Sözlər isə elə seçiləcək ki, hər kəs başa düşsün”.
E.Özdenin sözlərinə görə, himndə türk xalqlarının özəllikləri özünəməxsus söz və musiqi ilə ifadə ediləcək.
Həmçinin bildirilib ki, qarşıdakı illərdə türk xalqlarının ortaq lüğətinin hazırlanması da gözlənilir.
Www.soydasaz.kepenekci.net