Azərbaycanlı ictimai fəal Ermənistana buraxılmayıb
Azərbaycanlı ictimai fəal Ermənistana buraxılmayıb
Gürcüstan vətəndaşı olan azərbaycanlı ictimai fəal Samirə Bayramova Ermənistana buraxılmayıb.
Bu barədə ictimai fəal X hesabında bildirib.
Varşava-Tiflis reysi ilə uçan təyyarə əlverişsiz hava şəraiti ilə əlaqədar İrəvana məcburi eniş edib. Lakin digər sərnişinlərdən fərqli olaraq S.Bayramovanı Ermənistana buraxmayıblar.
“Məni Gürcüstan vətəndaşı kimi ölkəyə buraxmadılar. “Milli kimliyiniz problemdir” dedilər. Niyə bu münaqişənin bir parçası olmalıyıq? Bu, demokratikliyə yaraşmaz, Nikol Paşinyan”, o paylaşımda qeyd edib.
Www.soydasaz.kepenekci.net