Türkiyə Azərbaycana yeni səfir təyin edib
Türkiyə Azərbaycana yeni səfir təyin edib
Türkiyə Azərbaycana yeni səfir təyin edib.
Türkiyə mediasının yaydığı məlumata görə, Türkiyə Maarif Vəqfinin sədri Birol Akgün Azərbaycana səfir təyin edilib.
Prof. Dr. Birol Akgün 1968-ci il 25 martda Manisanın Soma rayonunda anadan olub. 1993-cü ildə Ankara Universiteti Siyasi Bilgilər Fakültəsinin Dövlət İdarəçiliyi ixtisasını bitirib. 1994-cü ildə Türkiyə Milli Təhsil Nazirliyinin təqaüd proqramı ilə ABŞ-də təhsilini davam etdirib, burada Case Western Reserve Universitetində Siyasət Elmi üzrə magistratura (1996) və doktorantura (2000) dərəcələrinə yiyələnib.
2001-ci ildən etibarən Selçuk Universitetinin İqtisadiyyat və İdarəetmə Fakültəsinin Beynəlxalq Münasibətlər ixtisasında akademik fəaliyyətə başlayıbr. 2001-ci ildə dosent, 2004-cü ildə isə professor elmi adlarını alıb.
Prof. Dr. Birol Akgün Yıldırım Beyazıt Universiteti Siyasi Bilgilər Fakültəsinin Beynəlxalq Münasibətlər Bölümünün rəhbəri və Maarif Vəqfi İdarə Heyətinin sədri vəzifələrində işləyib.
Əsas kitabları arasında "21. Yüzyılın Eşiğinde Türk Dış Politikası" (2001), "Türkiye'de Seçmen Davranışı-Partiler Sistemi ve Siyasal Güven" (2002), "Küresel Sistemde Siyaset Yönetim ve Ekonomi" (2002), "Modern Türkiye'de Siyasi Düşünce: Milliyetçilik" (2002), "11 Sentyabr Sonrasında Dünya, ABD ve Türkiyə" (2006) kimi əsərlər yer alır.
Qeyd edək ki, hazırda Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçıdır.
Www.soydasaz.kepenekci.net