Azərbaycan Ali Məhkəməsinin sədri Gürcüstanda işgüzar səfərdədir
Azərbaycan Ali Məhkəməsinin sədri Gürcüstanda işgüzar səfərdədir
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri İnam Kərimov dekabrın 9-da Gürcüstanın paytaxtı Tbilisiyə işgüzar səfər edib.
Səfər çərçivəsində İnam Kərimov Tbilisidəki Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsini ziyarət edib. Ali Məhkəmə sədrini Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev müşayiət edib.
Bu gün İnam Kərimovun Tbilisidə bir sıra görüşlər keçirəcəyi nəzərdə tutulur.
Www.soydasaz.kepenekci.net