Mixail Kavelaşvili Gürcüstanın altıncı prezidenti seçilib
Mixail Kavelaşvili Gürcüstanın altıncı prezidenti seçilib
Mixail Kavelaşvili Gürcüstanın növbəti prezidenti olacaq. O, 300 seçicidən 224 səs toplayıb.
Gürcüstan Mərkəzi Seçki Komissiyasından bidiriblər ki, seçkilərdə Seçki Kollegiyasının 225 üzvü iştirak edib, bir bülleten etibarsız hesab olunub.
M.Kavelaşvili Gürcüstan prezidenti vəzifəsinə yeganə namizəd idi. Onun namizədliyi hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası tərəfindən irəli sürülüb.
M.Kavelaşvilinin andiçmə mərasimi dekabrın 29-da keçiriləcək.
Www.soydasaz.kepenekci.net