Ərdoğan: Qardaş Azərbaycan D-8 ailəsinə "xoş gəlib"
Ərdoğan: Qardaş Azərbaycan D-8 ailəsinə "xoş gəlib"
Azərbaycanın D-8-ə üzv olması ilə daha da gücləndik.
Bunu Türkiyə Prezdenti Rəcəb Tayyib Ərdoğan Qahirədə D-8 11-ci Zirvə görüşündə deyib.
"Təşkilatımızı böyütmək, təsir sahəsini daha da genişləndirmək üçün yeni üzv və tərəfdaşlara qapımızın açıq olması lazımdır. Qardaş Azərbaycana D-8 ailəmizə xoş gəldiniz deyirəm", - Ərdoğan vurğulayıb.
Bəs D-8 nədir?
Bu il 9-cu sammiti keçirilən D-8-in, nə az nə çox, düz 20 yaşı var. İdeyası 1996-cı ildə Türkiyənin o zamankı prezidenti Nəcməddin Ərbakan tərəfindən ortaya atılan əməkdaşlıq ittifaqı rəsmən 1 ildən sonra təsis olundu. Öz ətrafında 8 müsəlman ölkəsini birləşdirdiyindən adındakı “8” rəqəmi də buna işarə edir. Qurulduğu gündən bəri dəyişməyən həmin üzvlər bunlardır: Türkiyə, İran, Pakistan, Banqladeş, Malayziya, İndoneziya, Misir və Nigeriya. Üzvlərinin hamısı müsəlman ölkəsi olduğundan bu təşkilatı “İslam İttifaqı” da adlandıranlar var. Təsadüfi deyil ki, ittifaq üzvləri həm də İslam Əməkdaşlıq Təşkilatında yer alırlar.
Adındakı “D” rəqəmi isə üzv ölkələrinin zəifliyinin inikasıdır. İngilis dilindəki “Developing” (inkişaf etməkdə olan) sözündən götürülüb və onun qısaldılmış şəklidir. Başqa sözlə desək, D-8 bəzi ikinci dünya dövlətlərini bir araya gətirən təşkilatdır.
Www.soydasaz.kepenekci.net