Gürcüstan hökuməti "Xarici təsirin şəffaflığı" haqqında qanununu dəyişirmi?

image

Gürcüstanın Baş naziri hakimiyyətin “xarici agentlər” haqqında qanuna dəyişiklik etmək niyyətini təsdiqləyib.

Soydas.az APA-ya istinadla xəbər verir ki, Kobaxidze Avropa Şurasının Alen Berse ilə görüşdən sonra mətbuata açıqlamasında hökumətin qanun layihəsi ilə bağlı müzakirələrə hər zaman açıq olduğunu qeyd edib.

“Biz qanunvericilik, o cümlədən “Şəffaflıq haqqında” qanunla bağlı müzakirələr apardıq. Biz müzakirəyə açıq olduğumuzu bir daha bəyan etdik. Biz müzakirəyə açıq olduğumuzu qanunun qəbulu prosesində, hətta qəbul etdikdən sonra da bildirmişik. Bir daha deyirik ki, əgər kimsə bizə bu qanunda neqativ bir şeyin olduğunu sübut etsə, əlbəttə ki, biz bu məsələləri müzakirə etməyə, o cümlədən Avropa Şurasının müvafiq strukturları ilə əməkdaşlığa hazırıq”, - Kobaxidze bildirib.

 Avropa Şurasının Baş katibi Alen Berse Tbilisidə keçirdiyi mətbuat konfransında isə deyib ki, Gürcüstan hökuməti "Xarici təsirin şəffaflığı" haqqında qanununun məzmununu dəyişdirəcəyini vəd edib. Onun sözlərinə görə, qanuna dəyişikliyin edilməsi ilə bağlı işçi qrup yaradılacaq.

Www.soydasaz.kepenekci.net

Paylaş:

Xəbər lenti