Qazaxıstanın Bakıdakı Səfirliyində xatirə kitabı açılıb
Qazaxıstanın Bakıdakı Səfirliyində xatirə kitabı açılıb
Qazaxıstanda AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar saat 11:00-dan 17:00-a qədər adıçəkilən ölkənin Bakıdakı Səfirliyinin Nəcəfqulu Rəfiyev küçəsi 14 ünvanında yerləşən binasında xatirə kitabı açılıb.
Bu barədə səfirlikdən məlumat verilib.
Qeyd edək ki, Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” sərnişin təyyarəsi dekabrın 25-də Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.
Www.soydasaz.kepenekci.net