"Gürcüstanın Aİ-a tamhüquqlu üzv ölkələrə qoşulacağını gözləyirdik, lakin..." - səfir Pavel Herçinski
"Gürcüstanın Aİ-a tamhüquqlu üzv ölkələrə qoşulacağını gözləyirdik, lakin..." - səfir Pavel Herçinski
"Gürcüstan çox dərin siyasi böhran içindədir, bu acınacaqlı vəziyyətdən çıxmaq gürcülərin üzərinə düşür".
Bunu fikirləri Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski səsləndirib.
Səfir bildirib ki, Gürcüstana namizəd statusu verdikdən sonra Gürcüstanın Avropa İttifaqına tamhüquqlu üzv ölkələrə qoşulacağını gözləyirdik, lakin namizəd statusunu aldıqdan sonra Gürcüstanda bir çox neqativ hallar baş verdi:
"Əslində, son bir neçə aya nəzər salsaq, vəziyyət pisdən pisə doğru gedir. Mən bunu Avropa İttifaqının səfiri kimi deyirəm. Söhbət Avropaya inteqrasiyadan gedirsə, biz mümkün olan ən aşağı nöqtədəyik. Gürcülər dərinləşən bu siyasi və sosial böhrandan necə çıxacaqlarına özləri qərar verməlidirlər. Bu böhrandan necə çıxmaq gürcülərin öz işidir".
Www.soydasaz.kepenekci.net