Gürcüstan parlamenti 49 müxalif deputatın mandatına son verib
Gürcüstan parlamenti 49 müxalif deputatın mandatına son verib
Gürcüstan parlamenti 49 müxalif deputatın mandatına son verib.
Soydas.az APA-ya istinadla xəbər verir ki, qərar bir qədər əvvəl parlamentin sessiyasında keçirilən səsvermədə qəbul edilib.
Səsvermənin nəticəsini deputatlar alqışlarla qarşılayıblar. Parlamentdə müxalif partiyalardan yalnız sabiq Baş nazir Giorgi Qaxariyanın “Gürcüstan naminə” partiyasının 12 mandatı qalıb.
Bununla da 150 yerlik Gürcüstan parlamentində yalnız 101 deputat qalıb.
Qeyd edək ki, 26 oktyabr seçkilərinin nəticələrini tanımadığını bəyan edən müxalifət koalisiyaları parlamenti legitim hesab etmədiklərini bəyan ediblər.
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili üç müxalifət blokunun 49 deputatın mandatının erkən ləğv edilməsinə münasibət bildirərək, qeyd edib ki, demokratik prinsipləri və Gürcüstan xalqını şantaj etməyə çalışanlara ədalətli, konstitusiyaya və qanuna uyğun şəkildə cavab veriləcək.
O, 2020-ci ildə təşkil edilən və bəzi yerli və xarici qeyri-hökumət təşkilatlarının dəstəyi ilə həyata keçirilən saxta narrativlərə toxunaraq həmin dövrdə müxalifətin parlamentə daxil olmadığını və bəzən iclaslara qatılmadığını qeyd edib.
Ş.Papuaşvili bu mövzuda radikal müxalifətin həmçinin 2024-cü il seçkilərini ləğv etməyə və xalqın iradəsini rədd etməyə cəhd göstərdiyini vurğulayıb.
Www.soydasaz.kepenekci.net