Yanvar-fevral aylarında Gürcüstana 30 mindən çox Azərbaycan vətəndaşı səfər edib
Yanvar-fevral aylarında Gürcüstana 30 mindən çox Azərbaycan vətəndaşı səfər edib
Bu ilin yanvar-fevral aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 296,3 min nəfər olub. Xaricə gedənlərin 11,4 %-i Gürcüstanın payına düşüb.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.
Bundan əlavə, Azərbaycan vətəndaşlarının 36,9 %-i Türkiyəyə, 15,8 %-i Rusiya Federasiyasına, 10,7 %-i İrana, 25,2 %-i digər ölkələrə səfər edib.
Gedənlərin 67,5 %-ni kişilər, 32,5 %-ni qadınlar təşkil edib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,1 % azdır.
1 il əvvələ nisbətən İrana gedən Azərbaycan vətəndaşlarının sayı 25,4 %, Gürcüstana gedənlərin sayı 17,4 % artıb, Türkiyəyə gedənlərin sayı 2,7 %, Rusiyaya gedənlərin sayı isə 27,7 % azalıb.
Hesabat dövründə xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 68,1 %-i hava, 29,7 %-i dəmir yolu və avtomobil, 2,2 %-i isə dəniz nəqliyyatından istifadə edib.
Www.soydasaz.kepenekci.net