Gürcüstan ötən ay bu ölkə vətəndaşlarını deportasiya edib
Gürcüstan ötən ay bu ölkə vətəndaşlarını deportasiya edib
Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya Departamenti mart ayı ərzində aralarında Azərbaycan vətəndaşlarının olduğu 97 xarici vətəndaşı ölkədən deportasiya edib.
Bu barədə Gürcüstan DİN-in rəsmi məlumatında bildirilib.
Məlumatda qeyd olunub ki, departament nazirliyin digər qurumları ilə birgə qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirlərini davam etdirir. Mart ayı ərzində müxtəlif ölkələrdən olan 97 vətəndaşın Gürcüstandan çıxarılması həyata keçirilib. Onlardan bəziləri ölkəni könüllü şəkildə tərk etsə də, digərləri məcburi qaydada deportasiya olunub.
Deportasiya edilən şəxslərə qanunvericiliyə uyğun olaraq Gürcüstana giriş qadağası tətbiq edilib. Gürcüstandan çıxarılanlar arasında Azərbaycan, Hindistan, Belarus, Çin, Tacikistan, Rusiya, Banqladeş, ABŞ, İraq, İran, Nigeriya, Türkmənistan, Türkiyə, Misir, Pakistan, Kamerun, İordaniya və Qırğızıstan vətəndaşları var.
Www.soydasaz.kepenekci.net