Gürcüstanın əsas müxalifətyönümlü televiziya kanalı tam bağlanır

image

Gürcüstanın əsas müxalifətyönümlü "Mtavari Arxi" tam bağlanır.

Bununla bağlı telekanalın əməkdaşları məlumat yayıblar. Onlar artıq direktor Giorgi Qabuniyadan bu gün bildiriş alıblar.

Bildirilib ki, telekanal mayın 1-dən fəaliyyətini tam dayandıracaq.

2019-cu ildən fəaliyyət göstərən telekanal 2025-ci il fevralın 15-dən xəbər buraxılışlarını və canlı yayımda efirə gedən bütün verilişləri dayandırıb, yalnız seriallar nümayiş etdirirdi. Buna media qurumunun üzləşdiyi ciddi maliyyə böhranı səbəb olub. /AZƏRTAC/

Www.soydasaz.kepenekci.net

Paylaş:

Xəbər lenti