Ermənilər Gürcüstan səfirliyi önündə aksiyalara keçirir

image

Erməni konyak istehsalçıları Gürcüstanın İrəvandakı səfirliyi qarşısında etiraz aksiyası keçirib.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Gömrük prosedurları ilə bağlı son problemlərdən narahat olduqlarını bildirən etirazçılar Ermənistan yük maşınlarının Gürcüstanla sərhəddə qeyri-müəyyən və uzunmüddətli dayanmalarına son qoyulmasını tələb ediblər.

Etirazçılar qeyd ediblər ki, bu cür maneələr brendin ixracı prosesinə ciddi təsir edir, həm istehsalçılara, həm də ölkə iqtisadiyyatına ziyan vurur. Onlar Gürcüstan hakimiyyətini gömrük prosedurları ilə bağlı məsələləri həll etməyə və erməni ixracatçılara ədalətli və qərəzsiz münasibəti təmin etməyə çağırıblar.

Hazırda Ermənistan – Gürcüstan sərhədində onlarla yük maşını gözləmə mövqeyindədir.

Www.soydasaz.kepenekci.net

Paylaş:

Xəbər lenti