Tbilisidə Zəfər Gününə həsr olunmuş fləş-mob təşkil olunub
Tbilisidə Zəfər Gününə həsr olunmuş fləş-mob təşkil olunub
Paytaxt Tbilisinin mərkəzində yerləşən Rike parkda 8 Noyabr – Zəfər Günü münasibətilə fləş-mob təşkil olunub.
Tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzi və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.
Üzərində Zəfər bayramının və Şuşanın simvolu - Xarı bülbülün təsviri olan ağ maykalar geyinmiş 60 gənc göy, qırmızı, yaşıl rəngli, aypara və səkkizguşəli ulduzun yer aldığı lövhələrdə Azərbaycanın dövlət bayrağının təsvirini yaradıblar.
Fələş-mob şəhər sakinlərinin və parkdakı turistlərin marağına səbəb olub.
Www.soydasaz.kepenekci.net