Dərbənddə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirilib

image

Fevralın 20-də Dərbənddə yerləşən Heydər Əliyev Mərkəzində şəhərin yaradıcı ziyalılarının iştirakı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

Soydas.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Dərbənd Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Telman Hacəliyev ana dilinin insan həyatındakı rolu, mədəni irsin və adət-ənənələrin ötürülməsindəki əhəmiyyəti, eləcə də ana dilinin qorunub saxlanmasında ümumbəşəri dəyərlərin önəmi barədə danışıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialının direktoru Qurban Qurbanov çıxışında gənclərin şəxsiyyətinin formalaşmasında vətənpərvərlik amilinin, eləcə də dil və nitq markerlərinin mühüm rol oynadığını vurğulayıb.

Azərbaycan Teatrının yaradıcı heyəti, müəllimlər, tələbələr və incəsənət xadimlərinin Beynəlxalq Ana Dili Günü münasibətilə hazırladığı ədəbi-musiqili proqramda Azərbaycan şairlərinin şeirləri səsləndirilib və xalq mahnıları  ifa olunub.

Tədbirin sonunda Dərbənd Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti adından fərqlənən ana dili müəllimlərinə və  müsabiqələrdə fərqlənmiş uşaqlara təşəkkürnamələr, gül dəstələri və müxtəlif hədiyyələr təqdim olunub.

Www.soydasaz.kepenekci.net

Paylaş:

Xəbər lenti