Marneulidə yaşayan azərbaycanlı gənclərə COP29 barədə məlumat verilib
Marneulidə yaşayan azərbaycanlı gənclərə COP29 barədə məlumat verilib
“Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”-ndə “Gənc Liderlər Akademiyası” çərçivəsində növbəti görüş keçirilib.
Soydas.az xəbər verir ki, görüşün mövzusu “Yaşıl enerji və iqlim dəyişikliyi ilə mübarizə” olub. GAİM-in rəhbəri Murad Muradov gənclərə yaşıl enerji, eləcə də bu ilin payızında Azərbaycanın paytaxtı Bakı şəhərində keçirləcək COP29 (BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası) barədə geniş məlumat verib.
Daha sonra GAİM-in üzvləri tərəfindən “Tullantılar və İqlim Dəyişikliyi” mövzusunda təlim keçirilib. İnteraktiv təlim zamanı gənclər quruplara bölünərək təqdimatlar hazırlayıblar.
Www.soydasaz.kepenekci.net