Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib
Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib
Sabiq milli təhlükəsizlik naziri, Azərbaycanın Özbəkistandakı keçmiş səfiri Namiq Abbasov vəfat edib.N.Abbasov 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycanın milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib.
Nazir postundan azad edildikdən sonra 2004-cü ilin 16 dekabr tarixindən 2012-ci il oktyabrın 31-nə kimi Azərbaycanın Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri postunda çalışıb. Səfir vəzifəsini tərk etdikdən sonra təqaüdə çıxıb. Namiq Abbasov bu gün 84 yaşında dünyasını dəyişib
Namiq Abbasov 22 fevral 1940-cı ildə Naxçıvanın Ordubad şəhərində anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.
Www.soydasaz.kepenekci.net