Qaraçöpdə pulsuz kurslar təşkil olunur
Qaraçöpdə pulsuz kurslar təşkil olunur
Gürcüstanın Saqareco Bələdiyyəsinin Qaraçöp mahalında yerli müəllimlərin təşəbbüsü ilə istifadəyə verilən “Parlaq gələcək kitab evi” pulsuz kurslara start verir.
Soydas.az xəbər verir ki, bu barədə 24News.ge xəbər portalına mərkəzdən məlumat verilib.
Bildirilir ki, “Parlaq gələcək kitab evi” artıq həm də bir tədris mərkəzi kimi fəaliyyət göstərəcək. Gənclər burada tamamilə təmənnasız kurslarda iştirak etmə imkanı əldə edəcəklər.
Kurslara qeydiyyat artıq başlayıb, yeni dərslər isə may ayının altısı başlayacaq. Dərs müddəti bir saat olmaqla həftədə üç dəfə dörd ay davam edəcək.
Qeydiyyatdan on iki-on səkkiz (12-18) yaş arası şəxslər keçə bilərlər.
Mərkəzdə Azərbaycan dili, Gürcü dili, Şahmat və Saz kurslarlı tədris olunacaq.
Qeydiyyat üçün aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz: Tel: 577 990 234, 577 643 234 Ünvan: Qaraçöp, Keşəli, İormuğanlı ictimai məktəbinin yaxınlığı.
Www.soydasaz.kepenekci.net