Gürcüstan parlamentində deputatlar arasında yenidən dava düşüb

image

Gürcüstan parlamentinin plenar sessiyasında hakim partiya ilə müxalifət deputatları arasında dava düşüb.

Soydas.az APA-nın Tbilisi müxbirinə istinadən xəbər verir ki, gərginlik müxalif Vahid Milli Hərəkat partiyasının sədri Levan Xabeişvilinin çıxışı zamanı baş verib. Müxalifət lideri və hakim partiyanın deputatı Dmitri Samxaradze qarşılıqlı bir-birini təhqir ediblər. Mübahisə daha sonra qarşıdurmaya çevrilib.
Sessiya hazırda davam edir.
Qeyd edək ki, bu gün plenar sessiyada mübahisəli "xarici təsir" qanununun üçüncü və sonuncu oxunuşda səsə qoyulması gözlənilir.

Www.soydasaz.kepenekci.net

Paylaş:

Xəbər lenti