Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan nazirlərinin 7-ci iclası keçiriləcək

image

Energetika naziri Pərviz Şahbazov Gürcüstana səfər edib.

Nazirlikdən bildirilib ki, nazir və rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Tbilisi şəhərində keçiriləcək “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə dörd ölkə nazirlərinin 7-ci iclasında iştirak edəcək.

Görüşdə Sazişin icrasının sürətləndirilməsi məqsədilə qarşıda duran vəzifələr müzakirə ediləcək.

Www.soydasaz.kepenekci.net

Paylaş:

Xəbər lenti