Fransa Yeni Kaledoniyada əhalinin etnik tərkibini süni şəkildə niyə dəyişdirir?
Fransa Yeni Kaledoniyada əhalinin etnik tərkibini süni şəkildə niyə dəyişdirir?
Yeni Kaledoniya adası Fransadan təxmini 19 min kv.km məsafədə Sakit Okeanda Avstraliya ilə Yeni Zelandiyanın arasında yerləşir. Sahəsi (ərazisi) 18.5 min kvadrat kilometr təşkil edir.
Fransa adanı 1853-cü ildə özünün müstəmləkəsi elan edib. Ada qızıl, bürünc, xrom, nikel, dəmir kimi filiz ehtiyatları və balıq çeşidləri ilə zəngindir. Dünyadakı nikel ehtiyatının əhəmiyyətli hissəsi Yeni Kaledoniyadadır.
XX əsrin əvvəllərindən başlayaraq Fransa adada tapılmış faydalı qazıntı yataqlarını istismar edir və təbii sərvətlərini talayır.
Keçən əsrin 80-ci illərindən etibarən Yeni Kaledoniya sakinləri Fransanın ağır müstəmləkəçilik siyasətinə qarşı azadlıq mübarizəsinə başlayıb və Fransa müstəmləkəçiliyindən canını qurtarmağa çalışırlar. Adada bir nəçə dəfə müstəqilliklə bağlı referendum da keçirilib. Sonuncu dəfə keçirilməli olan referendum isə COVİD bəhanəsi ilə təxirə salınmışdır.
Bu günlərdə Fransa Parlamentində Yeni Kaledoniyanın Seçki Məcəlləsinə dəyişikliklər edilib. Dəyişikliklərə əsasən Yeni Kaledoniya adasında 10 il və daha artıq yaşayan Fransız vətəndaşları seçkilərdə iştirak etmək hüququ əldə edirlər. Fransanın məqsədli demoqrafik siyasəti nəticəsində, müxtəlif üsullarla miqrantların bölgəyə gətirilməsi və onlara hüquqlar verilməsi hesabına artıq Yeni Kaledoniyanın aboregen əhalisi olan kanakilər etnik azlığa çevrilblər (44%).
Yerli əhali ilə gəlmələr arasında dərin fikir ayrılığı mövcuddur. Eyni zamanda kanakilər ada iqtisadiyyatının gəlmələrin nəzarətində olduğu qənaətindədirlər. Süni surətdə əhalinin tərkibi dəyişdirilir və Fransa vətəndaşlarına üstünlüklər verilir.
Miqrantlara məhz bu cür hüquqlar vermək hesabına yerli əhali 3 dəfə müstəqillik üçün keçirdikləri refendumda öz istəklərinə nail ola bilməyiblər.
Rəsmi Parisin Yeni Kaledoniyaya sonradan köçənlərə əyalət seçkilərində səsvermə hüququ verən dəyişiklərini təsdiqlədikdən sonra orada narazılıqlar baş verib. Yerli əhali fransız vətəndaşlarına seçki hüququnun verilməsinin əleyhinə çıxaraq etirazlara başlayıblar.
Artıq vəziyyət nəzarətdən çoxdan çıxıb
Fransa Yeni Kaledoniyada fövqəladə rejim tətbiq etmək məcburiyyətində qalıb. BBC-nin verdiyi məlumata görə etirazlar zamanı beş nəfər ölüb, yüzlərlə insan yaralanıb, 200 nəfərə yaxın insan isə saxlanıb.
“Politoco.eu”saytının verdiyi məlumata əsasən, Fransanın daxili işlər naziri Jerald Darmanin baş vermiş hadisələrə görə Azərbaycanı ittiham edib. Belə ki, Fransanın Daxili İşlər Naziri 16 may 2024-cü il tarixində “France-2” telekanalına müsahibəsində ölkəmizə qarşı əsassız fikirlər səsləndirərək, Azərbaycanı Yeni Kaledoniyadakı müstəqillik tərəfdarı etirazları dəstəkləməkdə ittiham edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə isə bildirib ki, “Fransa tərəfindən Azərbaycana qarşı səslənmiş bu kimi fikirlər tamamilə qəbuledilməzdir və tərəfimizdən qətiyyətlə rədd edilib.
Fransanın daxili işlər naziri Azərbaycanı Yeni Kaledoniyada müstəqillik tərəfdarı etirazları dəstəkləməkdə ittiham etmək əvəzinə, ölkəsinin bu cür etirazlara səbəb olan dənizaşırı bölgələri ilə bağlı uğursuz siyasətinə diqqət yönəltməlidir”.
Azərbaycan baş vermiş hadisələr barədə Qoşulmama hərəkatının üzvü və ona rəhbərlik etmiş dövlət kimi Fransa tərəfindən adada fundamental insan hüquq və azadlıqlarının pozulması kontekstindən narahatçılıq keçirə bilər.
Çünki XXI əsrə qara ləkə olan kolonializm siyasəti hələ də Fransa dövləti tərəfindən həyata keçirilməkdədir.
Fransa Yeni Kaledoniyada hansı hüquqları pozur?
Bu gün dünyanın gözü qarşısında Fransa tərəfindən Beynəlxalq hüququn əasas prinsiplərindən biri olan “xalqların öz müqəddəratını təyin etmək” prinsipi, xalqın suverenlik hüququ pozulur.
İnsanların öldürülməsi ilə, qanunsuz saxlanılması ilə yaşamaq hüququ, azadlıq hüququ pozulur.
Seçki hüquqlarına müdaxilə edilir. Yerli əhalinin seçmək hüquqları məhdudlaşdırılır. Eyni zamanda milli mənsubiyyət hüququ təhlükə altındadır. Yeni Kaledoniyanın yerli əhalisi kanakilər etnik azlığa çevrilməklə assimliyasiya olunmaq təhlükəsi ilə üz üzədir.
BMT başda olmaqla digər beynəlxalq təşkilatların baş vermiş hadisələrə görə adekvat münasibətiləri isə təəssüf ki, hələ də müşahidə olunmur.
Www.soydasaz.kepenekci.net